Bank Of Baku

Qazaxıstanın Azərbaycandakı ilk səfiri vəfat edib

Qazaxıstanın Azərbaycandakı ilk səfiri vəfat edib
# 09 aprel 2008 15:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Qazaxıstanın Azərbaycandakı ilk səfiri İbrahim Amanqaliyev vəfat edib. APA-nın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, İ. Amanqaliyev SSRİ dövründə İran, Əlcəzair və İndoneziyada müxtəlif diplomatik vəzifələrdə çalışıb. Qazaxıstan müstəqil dövlət olduqdan sonra - 1992-cı ildə o, vətəninə qayıdıb və müstəqil Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyində çalışan ilk diplomatlardan biri olub. İ. Amanqaliyev 1993-1998-cu illərdə Qazaxıstanın Bakıdakı diplomatik missiyasına rəhbərlik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR