Bank Of Baku

Qazaxıstanın Azərbaycandakı səfiri müdafiə naziri Səfər Əbiyevlə görüşüb

Qazaxıstanın Azərbaycandakı səfiri müdafiə naziri Səfər Əbiyevlə görüşüb
# 09 aprel 2008 16:39 (UTC +04:00)
Bakı APA. Bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov müdafiə naziri Səfər Əbiyevlə görüşüb. APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, görüşdə diplomat S. Əbiyevi prezident Nursultan Nazarbayevin xalqa ünvanladığı “Qazaxıstan vətəndaşlarının rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca vəzifəsidir” adlı müraciətin əsas müddəaları ilə tanış edib. Tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı və kadr hazırlığı sahəsində təcrübə mübadiləsi məsələlərini də müzakirə ediblər. S. Əbiyev bildirib ki, Qazaxıstanın müdafiə naziri Danial Əhmədovun ötən ilin oktyabrında Azərbaycana səfərindən sonra müdafiə sahəsində qarşılıqlı əlaqələr fəallaşıb. Həmin səfərdə Qazaxıstan kursantlarının Azərbaycanın Ali Hərbi Dənizçilik Məktəbində təhsil alması barədə razılıq əldə edilib. Tərəflər Xəzər dənizi regionunda təhlükəsizlik məsələləri və NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində təcrübə mübadiləsi məsələsinə də toxunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR