ABŞ Cənubi Qafqazda dinc və firavan gələcəkdə maraqlıdır.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə bildirib.
“Biz Cənubi Qafqaz regionunda dinc və firavan gələcəyin təşviqinə sadiq qalır və bu məsələdə də müttəfiqlərimiz və tərəfdaşlarımızla bölgədə fəal iştirak etməyə davam edəcəyik”, - xarici siyasət idarəsinin nümayəndəsi deyib.