Bank Of Baku

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib

Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib
# 10 sentyabr 2019 17:11 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.

APA-nın Aİ-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin növbəti iclası 2020-ci ilin yanvarın 26-da Belçika Krallığının paytaxtı Brüssel şəhərində keçiriləcək.

İclasın gündəliyi hələlik məlum deyil. 

Qeyd edək ki, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR