Bank Of Baku

Aİ Şurasının sabiq prezidenti: BMT-nin gələcəyi ilə bağlı pessimistəm

Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel

© APA | Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel

# 12 mart 2026 14:43 (UTC +04:00)

“BMT sisteminin gələcəyi ilə bağlı hazırda bir qədər pessimistəm, gələcəkdə regional təşkilatlar daha mühüm rol oynayacaq”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel deyib.

O qeyd edib ki, hazırkı şəraitdə BMT sisteminin təsirli və əhəmiyyətli olması üçün çətinliklər var: “Çünki görürük ki, BMT Təhlükəsizlik Şurası faktiki olaraq iflic vəziyyətindədir və bloklanıb. Beynəlxalq səviyyədə getdikcə daha çox ikili standartlar görürük və bu, etimadın və qarşılıqlı hörmətin müəyyən dərəcədə aşınmasına səbəb olur. Halbuki bizə etimad və qarşılıqlı hörmət lazımdır. Regional təşkilatlar burada çox mühüm rol oynaya bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR