Bank Of Baku

Azərbaycanla İran arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib

Azərbaycan və İran XİN başçıları

© APA | Azərbaycan və İran XİN başçıları

# 08 dekabr 2025 13:32 (UTC +04:00)

İki ölkə arasında ticarət dövriyyəsinin artırılmasını müzakirə etdik.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

“İqtisadi komissiyaların işi təqdir edilir. Ticarət dövriyyəsi 2024-cü ildə 650 milyon dollar, 2025-ci ildə isə 520 milyon dollar olub. Bu iki ölkənin potensialına uyğun deyil, bu həcmin artırılması barədə fikir mübadiləsi apardıq”, - deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, bu gün müzakirə etdikləri mövzular iqtisadi sahəyə aid olub: "Bunlar iki ölkə arasında əməkdaşlığa töhfə verən əsas istiqamətlərdir. İki ölkə prezidentlərinin razılaşmasına əsasən, hava reyslərinin intensivləşdirilməsi turizmə töhfə vermək və əlverişli şərait yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR