Bahar Muradova: “Azərbaycan ölkələr içərisində sayılıb-seçilir”

Bahar Muradova: “Azərbaycan ölkələr içərisində sayılıb-seçilir”
# 24 may 2019 11:30 (UTC +04:00)

“Biz obyektiv olmalı, əcdadlarımızın qurduqları dövlətlərə həmin dövrün şərtlərinə uyğun qiymət verməliyik”.

ONA-nın məlumatına görə, bunu Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə “Azərbaycanda parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda çıxış edən Milli Məcisin sədr müavni Bahar Muradova bildirib.

B. Muradova deyib ki, Heydər Əlyiev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçiləndən sonra ölkədə bir çox uğura imza atılıb: “Sovetlər dövründə Azərbaycanda Heydər Əliyev hakimiyvətə gəlməzdən əvvəl və hakimiyyətə gəldikdən sonrakı dövr fərqləndirilir. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra parlamentdə də müzakirələr genişləndi. Məhz həmin dövrdə qoyulan bünövrə müasir Azərbaycan dövlətini qurmağa böyük imkanlar yaratdı. Azərbaycan Ali Sovetinin əsasında Milli Şura yaradıldı. Həmin dövrdə Azərbaycanın müstəqilliyinə təhlükə vardı, torpaqlarımız işğal edilirdi. Milli Şura yeganə müdrik qərar qəbul etdi, Naxçıvanda Azərbaycanın müstəqilliyinin kiçik modelini qurmuş Heydər Əliyev Bakıya çağırıldı. 1995-ci ildə Azərbaycanda ilk parlament seçkiləri keçirildi”.

Vitse-spiker nəzərə çatdırıb ki, gələn il növbəti parlament seçkiləri keçiriləcək: “Biz mojaritar qaydada parlament seçkiləri keçiririk”.

B. Muradova qeyd edib ki, bütün dövrlərdə Azərbaycan parlamentinin xarici əlaqələri mühüm əhəmiyyət kəsb edib: “Biz beynəlxalq qruplar vasitəsi ilə beynəlxalq əlaqələrin qurulmasında iştirak edirik. Keçdiyimiz yola baxarkən qürur hissi keçiririk. Bu gün Azərbaycan dünya ölkələri içərisində sayılıb-seçilən ölkədir, parlamentimiz dünya parlament ailəsinin üzvüdür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR