Bank Of Baku

Bakıda regional əməkdaşlıq və təhlükəsizlik konfransı keçiriləcək

Bakıda regional əməkdaşlıq və təhlükəsizlik konfransı keçiriləcək
# 06 iyun 2019 14:41 (UTC +04:00)

İyunun 12-də  Bakıda regional əməkdaşlıq və təhlükəsizlik konfransı keçiriləcək.

Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev məlumat verib.

Bildirib ki,  Azərbaycan Parlamentinin təşkilatçılığı və ATƏT PA ilə yaxından əməkdaşlıq çərçivəsində keçiriləcək konfransda Almaniya, Azərbaycan və Türkiyə parlamentariləri iştirak edəcək. Konfrans çərçivəsində "Bakı parlament platforması"nın yaradılması planlaşdırılır. "Biz konfransda çox mühüm və effektiv əməkdaşlıq mexanizmi olan "Bakı Parlament Platforması"nın  yaradılmasını planlaşdırırıq və  ümid edirik ki, bu baş tutacaq.  İnanıram ki,  Azərbaycan, Almaniya və Türkiyə parlamentariləri bu mexanizm vasitəsilə yeni əməkdaşlıq imkanı əldə edəcək  və hər üç ölkənin milli maraqları naminə iqtisadi və siyasi sahədə işbirliyimizi daha da dərinləşdirəcəyik.  Bundan başqa bu əməkdaşlıq platforması çərçivəsində biz gələcəkdə regional sülh və təhlükəsizlik məsələlərinə kollektiv şəkildə öz töhfəmizi verməyə çalışacağıq. Platforma açıqdır  və onun prinsiplərini və dəyərlərini bölüşən digər ölkələr də gələcəkdə bu quruma qoşula bilər",- deyə Azay Quliyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR