Bank Of Baku

Baş Nazir: “Şirak Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox çalışdı”

Baş Nazir: “Şirak Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox çalışdı”
# 27 sentyabr 2019 12:41 (UTC +04:00)

Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransanın keçmiş Prezidenti Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, Baş Nazirin “Twitter” səhifəsində etdiyi paylaşımda bildirib ki, görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı onu çox kədərləndirib.

“Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı. Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır”, - deyə Baş Nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR