"BMT-nin baş katibi Antoniu Quterreş Gürcüstan və Rusiya Xarici İşlər nazirlərinin 2008-ci ildən bəri baş tutan ilk görüşünü alqışlayır".
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefani Dujerik (Stephanie Dujarric) açıqlama verib.
"BMT baş katibi, sentyabrın 26-da BMT Baş Assambleyasının sessiyası çərçivəsində Gürcüstan və Rusiya Xarici İşlər nazirlərinin İsveçrənin vasitəçiliyi ilə keçirilən görüşünü alqışlayır",- deyə açıqlamada bildirilib.