BMT Baş katibinin müavini: Azərbaycanın COP29-a ev sahibliyi çox cəsarətli addımdır

BMT Baş katibinin müavini: Azərbaycanın COP29-a ev sahibliyi çox cəsarətli addımdır
# 27 iyun 2024 13:23 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərdə tikinti tullantılarının yenidən məhsula çevrilməsi, tikintidə istifadə oluması ilə bağlı müzakirələrimiz oldu.

APA xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersenlə birgə keçirdiyi brifinqdə deyib.

“Bu istiqamətdə hazırda işlər davam etdirilir. Eləcə də Azərbaycanda erkən xəbərdarlıq sistemi ilə bağlı layihə ətrafında da iş gedir. Biz bu gün bir daha niyyətlərimizi təsdiq etdik, irəliləyən müddətdə icrası həyata keçiriləcək”, - nazir bildirib.

BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen isə deyib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində böyük işlər görür.

“Azərbaycanın təşəbbüsü, COP29-a ev sahibliyi çox cəsarətli addımdır. Mən görülən işlərin miqyası ilə tanışam, özüm şahidəm”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR