Bank Of Baku

BMT-nin Azərbaycana müvəqqəti rezident əlaqələndiricisi təyin olunub

İqor Qarafuliç

© APA | İqor Qarafuliç

# 21 yanvar 2026 11:10 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycana müvəqqəti rezident əlaqələndirici təyin edib.

APA xəbər verir ki, bu barədə məlumat BMT-nin saytında yerləşdirilib.

Bildirilib ki, BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi vəzifəsinə İqor Qarafuliç təyin olunub.

Qeyd edək ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın səlahiyyət müddəti yanvarın 8-də başa çatıb.

Xatırladaq ki, İqor Qarafuliç hazırda başqa ölkədə çalışan BMT rəsmisi Azərbaycana gələnədək bu vəzifəni 1 iyul 2026-cı il tarixinədək müvəqqəti icra edəcək. Yeni təyin olunan rezident əlaqələndirici isə öz vəzifəsini 1 iyul 2026-cı il tarixindən etibarən icra etməyə başlayacaq.

İqor Qarafuliç 2024-cü ilin oktyabr ayından 2025-ci ilə qədər Paraqvayda BMT-nin müvəqqəti rezident əlaqələndiricisi kimi çalışıb. O, bundan əvvəl Peruda (2019–2024) və Hondurasda (2018–2019) BMT-nin rezident əlaqələndiricisi vəzifələrində çalışıb.

Rezident əlaqələndirici təyinatlarından əvvəl Qarafuliç BMT-nin İnkişaf Proqramında (UNDP) bir sıra yüksək vəzifələr tutub. O, Qvatemalada ölkə direktoru (2014–2018), Latın Amerikası və Karib hövzəsi üzrə Regional Büroda Aparat rəhbəri (2010–2014), eləcə də BMTİP-in Latın Amerikası və Karib hövzəsi üzrə Regional Ofisində baş məsləhətçi (2010) vəzifələrində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR