Bu gün apardığımız danışıqları və həmkarımın səfərini müsbət qiymətləndirirəm.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, konstruktiv danışıqlar aparılıb: “Burada əldə olunan razılaşmalar Azərbaycan-Almaniya münasibətlərinin inkişafına daha da müsbət təsir edəcək”.