Bank Of Baku

Ceyhun Bayramov Nyu-Yorkda İqƏT-in iclasında Xankəndi Kommunikesinin icrasından danışıb

Ceyhun Bayramov Nyu-Yorkda İqƏT-in iclasında Xankəndi Kommunikesinin icrasından danışıb
# 25 sentyabr 2026 19:44 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İqƏT) Nazirlər Şurasının iclasında çıxış edib.


APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.


Nazir çıxışında İƏT-in 17-ci Zirvə toplantısında Xankəndidə qəbul edilmiş Xankəndi Kommunikesi və Fəaliyyət Planının icrası barədə məlumat verib.

Ceyhun Bayramov Bakıda İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasını, Şuşanın isə 2026-cı il üzrə İƏT-in Turizm Paytaxtı kimi fəal rolunu diqqətə çatdırıb.

Nazir Azərbaycanın Orta Dəhlizdə mühüm rol oynadığını vurğulayıb. Bu xüsusda Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Limanı və “Rəqəmsal İpək Yolu” vasitəsilə yaşıl rəqəmsal inteqrasiya imkanlarının əhəmiyyətini qeyd edib.

Ceyhun Bayramov Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji əlaqələrin inkişafına da toxunub. O, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində, o cümlədən Çolpon-Atada keçirilən görüşdə iştirakını və Avazada keçiriləcək qarşıdakı sammiti qeyd edib.

Xarici işlər naziri Azərbaycan–Ermənistan sülh prosesinin gedişi barədə də məlumat verib. O, 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş Sülh Sammitindən sonra etimad quruculuğu istiqamətində atılan addımları və tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını vurğulayıb.

Nazir, həmçinin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işlərindən danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR