Bank Of Baku

Ceyhun Bayramov: Zelenski Ukraynaya göstərdiyi humanitar yardımla bağlı Prezident İlham Əliyevə təşəkkür edib

Ceyhun Bayramov: Zelenski Ukraynaya göstərdiyi humanitar yardımla bağlı Prezident İlham Əliyevə təşəkkür edib
# 06 avqust 2026 21:03 (UTC +04:00)

“Rəsmi səfərim çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul olunmaq mənim üçün şərəf oldu. Görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə hərtərəfli müzakirələr apardıq. Xüsusilə siyasi dialoq, energetika, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə diqqət yetirdik”.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov öz “X” hesabında yazıb.

XİN rəhbəri Zelenskini Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi barədə məlumatlandırdığını bildirib.

“Prezident Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davam edən dəstəyimizə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirirəm”, - Ceyhun Bayramov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR