Bank Of Baku

Deputat: BMT Təhlükəsizlik Şurasının iclası Ermənistanın və ermənipərəstlərin növbəti məğlubiyyəti ilə nəticələndi

Müşfiq Cəfərov

© APA | Müşfiq Cəfərov

# 18 avqust 2023 14:42 (UTC +04:00)

“BMT Təhlükəsizlik Şurasının iclası Ermənistanın və ermənipərəstlərin növbəti məğlubiyyəti ilə nəticələndi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Azərbaycan diplomatiyası məharətini bir daha sübut etdi: “Erməni lobbisinin bütün cəhdləri də hədər getdi. Bir sözlə ifadə etsək, qazdıqları quyuya elə özləri də düşdü. Ermənistan rəhbərliyi artıq ümid bağladığı beynəlxalq qurumlardan və xarici havadarlardan əlini üzməli, doğru yola, yəni Azərbaycanla sülhə gəlməlidir. Çünki artıq bütün reallıqlar ona dövlətimizlə münasibətləri sağlamlaşdırmaqdan başqa yol olmadığını göstərdi. Artıq beynəlxalq aləm istəsə də, həqiqətlərə göz yuma bilməz, çünki Azərbaycan hökuməti bütün reallıqları açıq-aşkar faktlarla göstərir, hər kəsdən də buna susmamağı tələb edir. Ermənistanın ənənəvi qurban cildinə girmək cəhdi baş tutmadı”.

Müşfiq Cəfərov qeyd edib ki, artıq dünya da ermənilərin bu hiyləsindən təngə gəlib: “Müzakirələr Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi. Ermənistanın bu iclasda dəstək gözlədiyi dövlətlərdən fərqli mövqe görməsi onun üçün bir zərbə oldu. Rusiya bəlkə də Ermənistanın ən çox dəstək gözlədiyi dövlətlərdən idi, amma Rusiya nümayəndəsinin də çıxışında “Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoqda Azərbaycanın qanunvericiliyinə uyğun aparılmalıdır” ifadəsi təqdirəlayiq idi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR