Qarabağ və Şərqi Zəngəzura səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşa şəhərində tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar.
APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, xarici diplomatlar məsciddə aparılan tikinti işlərinin gedişatı ilə bağlı məlumatlandırılıblar.
Qeyd edək ki, Yeni Şuşa məscidinin təməli 2021-ci il 12 may tarixində qoyulub.