Bank Of Baku

Ədliyyə naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Ədliyyə naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
# 04 iyun 2019 21:21 (UTC +04:00)

İyunun 4-də Ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Dünya Bankı arasında səmərəli əməkdaşlığın vurğulandığı görüşdə “Azərbaycanda Ədliyyə sektorunun nailiyyətləri: keçmişə və gələcəyə baxış” mövzusunda Bakıda keçirilən forumun ədliyyə sahəsində birgə həyata keçirilən layihələr nəticəsində əldə olunan nailiyyətlərin geniş auditoriyaya, o cümlədən beynəlxalq aləmə təqdim olunmasında mühüm əhəmiyyəti qeyd olunub.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatlarda Dünya Bankının dəstəyini vurğulayıb, dövlət
başçısının ədliyyə və məhkəmə sisteminin inkişafında mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanın icrasının əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığını və qarşıda duran vəzifələrin yerinə yetirilməsində, xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin tam tətbiqində Dünya Bankının iştirakının əhəmiyyətini qeyd edib.

Dünya Bankının Azərbaycanla əlaqələrinin çox uğurlu olduğunu söyləyən xanım M.Tembon ölkəmizin nümunəvi tərəqqisini qeyd edib, məhkəmə-hüquq islahatlarının davam etdirilməsində Azərbaycan Prezidentinin siyasi iradəsini vurğulayaraq birgə həyata keçirilən layihələr nəticəsində əldə olunan nailiyyətləri, o cümlədən ədalət mühakiməsinin səmərəliliyinin xeyli artmasını, electron məhkəmənin tətbiqini alqışlayıb.
Qeyd edib ki, Bankın ədliyyə sahəsindəki layihələri dünyada model layihə kimi qiymətləndirilərək digər dövlətlər üçün nümunəyə çevrilib. Həmin layihələr aprel ayında
Vaşinqtonda keçirilən təqdimat zamanı çox böyük təəssüratla qarşılanaraq Azərbaycan nailiyyətlərinin təqdirəlayiq olduğu vurğulanıb və ölkəmizin müsbət təcrübəsindən yararlanmaq üçün digər dövlətlər tərəfindən Dünya Bankına müraciətlər edilir.

Xanım M.Tembon Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını bildirərək Bankın yeni regional direktoru Sebastian Molenösü təqdim edib. 

Nazir M.Tembona səmərəli əməkdaşlığa görə minnətdarlığını ifadə edib, S.Molenösə uğurlu fəaliyyət arzulayıb.

S.Molenös birgə layihələrin uğurlu nəticələrinin şahidi olduğunu bildirərək Dünya Bankının məhkəmə-hüquq islahatlarına dəstək göstərməyə hazır olduğunu və səmərəli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR