Bank Of Baku

Elmar Məmmədyarov BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri ilə görüşüb
# 24 sentyabr 2019 21:46 (UTC +04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb

Fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verən P.Krahenbul Azərbaycanın fələstinli qaçqınların həyat şəraitin yaxşılaşdırılmasına və Agentlyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədriyi və bu ilin oktyabrında Bakıda keçiriləcək Zirvə görüşündən bəhs edən Pyer Krahenbul bu tədbirdə iştirak edəcəyini qeyd edib.

Görüşdə, həmçinin Agentlik və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR