Bank Of Baku

Elmar Məmmədyarov Ərəb Dövlətləri Liqasının Baş katibi ilə görüşüb

Elmar Məmmədyarov Ərəb Dövlətləri Liqasının Baş katibi ilə görüşüb
# 26 sentyabr 2019 22:51 (UTC +04:00)

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT BA-nın 74-cü sessiyası çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Abul Qeyt ilə görüşüb.

XİN-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Ərəb Dövlətləri Liqası arasında mövcud əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edilib və əməkdaşlığın bir çox sahələrdə daha da dərinləşməsi üçün birgə səylərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Sammiti və Azərbaycanın Hərəkatda sədrliyi məsələlərini müzakirə ediblər.

Görüş əsnasında, həmçinin regional təhlükəsizlik gündəliyində duran bir sıra məsələlər, o cümlədən qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR