Bank Of Baku

Estoniya XİN rəhbəri: İranın Azərbaycana dron hücumu beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna

© APA | Estoniyanın xarici işlər naziri Marqus Tsaxna

# 05 mart 2026 17:55 (UTC +04:00)

Estoniya İranın Azərbaycana dron hücumlarını pisləyib.

APA xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” hesabında yazıb.

“İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı törətdiyi, hava limanında dağıntılara və mülki şəxslərin yaralanmasına səbəb olan dron hücumları beynəlxalq hüququn və dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır.

Regiondakı ölkələrə qarşı bu cür məsuliyyətsiz hərəkətlər qəbuledilməzdir və dayanmalıdır. Estoniya Azərbaycanla həmrəylik ifadə edir və regionda sülh və təhlükəsizliyi dəstəkləyir”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR