Bank Of Baku

Fərid Şəfiyev ICAPP-ın baş katibi ilə görüşüb

Fərid Şəfiyev ICAPP-ın baş katibi ilə görüşüb
# 05 sentyabr 2019 17:21 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycanda səfərdə olan Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP – International Conference of Asian Political Parties) baş katibi Park Ro-Byugla görüş keçirilib.

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı BMTM-in sədri Fərid Şəfiyev mərkəzin fəaliyyəti barədə qonağa məlumat verib.

O bildirib ki, yeni yaranmış mərkəzin əsas işi dünyada və Azərbaycanda baş verən siyasi prosesləri araşdırmaqdan və arayışlar hazırlamaqdan ibarətdir. Onun sözlərinə görə, bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyət prioritet təşkil edir. O, Mərkəzin xarici beyin mərkəzləri və təhsil qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu deyərək mərkəzin yaxın gələcəkdə xarici mütəxəssislər üçün təqaüd proqramları təşkil edəcəyini əlavə edib. BMTM sədri bu istiqamətdə Koreya Respublikasının beyin mərkəzləri və təşkilatları ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

ICAPP-ın baş katibi Park Ro-Byug Koreyaya qayıtdıqdan sonra onun fəaliyyəti barədə elm adamlarına və beyin mərkəzlərinə məlumat verəcəyini bildirib. O, iki ölkə ekspertlərinin əməkdaşlığının çox məhsuldar ola biləcəyini diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR