Bank Of Baku

Jak Şirakın vəfatı ilə əlaqədar Fransa səfirliyində bayraqlar endirilib, xatirə kitabı açılacaq

Jak Şirakın vəfatı ilə əlaqədar Fransa səfirliyində bayraqlar endirilib, xatirə kitabı açılacaq
# 27 sentyabr 2019 12:25 (UTC +04:00)

Fransanın sabiq Prezideti Jak Şirakın vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib.

Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Matəmlə əlaqədar bu gun səfirlikdə xatirə kitabı da açılacaq.

Qeyd edək ki, Fransanın sabiq Prezidenti Jak Şirak dünən 86 yaşında vəfat edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Jak Şirakın vəfatı ilə əlaqədar Fransa Prezidenti Emmanuel Makrona başsağlığı məktubu ünvanlayıb.

İlkin Cəlilov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR