Bank Of Baku

İrandan Azərbaycan sərhədi ilə 30-a yaxın şəxs təxliyə olunub

İrandan Azərbaycan sərhədi ilə 30-a yaxın şəxs təxliyə olunub
# 05 mart 2026 15:44 (UTC +04:00)

Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 30-a yaxın şəxs Azərbaycana təxliyə olunub.

APA-nın cənub bürosunun xəbərinə görə, təxliyə olunanlar Azərbaycan, Qırğızıstan, Gürcüstan, Kanada, Xorvatiya və Çin vətəndaşları olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların icrası ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR