Bank Of Baku

Japarov: Qırğızıstan və Azərbaycan müttəfiqlik münasibətlərini daha da dərinləşdirmək əzmində olduqlarını bir daha təsdiqlədi

Qırğızıstan Prezidenti Sadır Japarov

© APA | Qırğızıstan Prezidenti Sadır Japarov

# 31 iyul 2026 10:25 (UTC +04:00)

Bu gün əldə olunan razılaşmalar Qırğızıstan və Azərbaycanın müttəfiqlik münasibətlərini daha da dərinləşdirmək əzmində olduqlarını bir daha təsdiqləyir.

APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

Sadır Japarov Azərbaycanla beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın davam etdiyini də bildirib.

O, Prezident İlham Əliyevi qarşıdan gələn Dünya Köçəri Oyunlarının açılış mərasiminə, həmçinin 2027-ci il oktyabrın 21-23-də Bişkekdə keçiriləcək İkinci Qlobal Dağ Sammiti "Bişkek+25" tədbirinə dəvət edib.

Qırğızıstan Prezidenti bugünkü danışıqların nəticələrindən məmnunluğunu ifadə edərək, Prezident İlham Əliyevə Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına göstərdiyi diqqətə və xalqlar arasında dostluğun möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR