Bank Of Baku

Kasım-Jomart Tokayev: Mərkəzi Asiyanın qlobal proseslərdə rolu inamla artır

Kasım-Jomart Tokayev: Mərkəzi Asiyanın qlobal proseslərdə rolu inamla artır
# 31 iyul 2026 12:22 (UTC +04:00)

"Mərkəzi Asiyanın qlobal proseslərdə rolu inamla artır".
APA-nn Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə bildirib.

“Son illərdə regiondaxili ticarət dövriyyəsi davamlı olaraq artır, işgüzar əlaqələr genişlənir, birgə müəssisələr yaradılır, ortaq investisiya layihələri həyata keçirilir, humanitar təmaslar möhkəmlənir. Mədəni, təhsil və gənclər mübadiləsi də yeni məzmun və keyfiyyət qazanır. Bütün bu müsbət nəticələr qardaş xalqlarımızın daha da yaxınlaşmasına və regionun beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir. Mərkəzi Asiyanın qlobal proseslərdə rolu inamla artır. Beynəlxalq arenada səsimiz getdikcə daha gur eşidilir. Bunun parlaq təsdiqi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi idi. Qazaxıstan ölkələrimiz arasında dostluğun, mehriban qonşuluğun və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş əldə olunmuş razılaşmaları alqışlayır. Əminəm ki, birgə səylərimiz sayəsində ümumi tərəqqi yolunda daha böyük uğurlar qazanacağıq. Sonda türkmən dostlarımıza və qardaşlarımıza Məşvərətçi Görüş formatı çərçivəsində qarşıdan gələn tədbirlərin uğurla keçirilməsini arzulayıram ”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR