İyunun 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli ilə görüşüb.
APA-nın xəbərinə görə, qəbulda bildirilib ki, qonaq ATƏT PA ilə əməkdaşlıq çərçivəsində Milli Məclisin təşkilatçılığı ilə Bakıda keçiriləcək “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransında” iştirak edəcək.
Tədbirin əsas məqsədi Azərbaycan, Almaniya və Türkiyə deputatlarından ibarət “Bakı Dialoq və Əməkdaşlıq Platforması” yaratmaqdır. Bu platforma çərçivəsində təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması məsələləri müzakirə olunacaq.
Spiker Georgi Tsereteliyə ATƏT PA-nın yay sessiyası çərçivəsində qurumun sədri vəzifəsinə keçiriləcək seçkilərdə uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan 25 ildən artıqdır, ATƏT-in üzvüdür və bu qurumla əməkdaşlığın daha da dərinləşməsinə önəm verir. Milli Məclislə ATƏT PA arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər əhəmiyyətli rol oynayır. Sədr təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə edib.
Görüşdə Milli Məclisin Sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyi arxitekturasına verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. Qonağın təmsil etdiyi Gürcüstanla əməkdaşlığımızın inkişaf perspektivlərindən söz açıb.
Qonaq qeyd edib ki, onun təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın dərinləşməsində belə qarşılıqlı səfərlər mühüm rol oynayır. ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir. ATƏT məkanında mövcud problemlərin çözülməsində qarşılıqlı dialoqun aparılması vacib məsələlərdəndir. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə də təmsil etdiyi təşkilat bu sahədə səylərini əsirgəməyəcək.
Qonaq ATƏT PA-da Gürcüstan nümayəndəsi kimi xalqlarımız arasında əsrlər boyu mövcud olan dostluğun bundan sonra daha da möhkəmlənəcəyinə inamını söyləyib. O, səfər çərçivəsində Bakıda keçiriləcək konfransda iştirakı və tədbirin əhəmiyyəti barədə fikirlərini açıqlayıb.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında danışılıb.
Görüşdə Milli Məclisin Sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova iştirak edib.
Oqtay Əsədov ATƏT PA-nın sədri ilə görüşüb
Xarici siyasət
XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
Xəbər Lenti
Lula da Silva: Braziliya ABŞ qarşısında geri addım atmayacaq
Dohada partlayış səsləri eşidilib
İran ordusu ABŞ-ın Bəhreyndə yerləşən aviabazasına pilotsuz uçuş aparatları ilə hücum edib.
ABŞ-ın İrana zərbəsi nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb - VİDEO
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Konqoda Ebola xəstələri xəstəxanaya hücumdan sonra qaçıblar
Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
İranda hava limanı raket zərbəsinə məruz qalıb
FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür
Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib
Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır
CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasına başlayıb
Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq
Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
Zelenski Hakan Fidanı ordenlə təltif edib
Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir
Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır
Dubay hakimiyyəti partlayışlarla bağlı məlumatı təkzib edib - YENİLƏNİB
Britaniya və İsveç Ukraynaya 16 hərbi təyyarə alacaq
XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilib - YENİLƏNİB
ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir
Rəsmi Tehran: ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verən ölkələr tam məsuliyyət daşıyacaq
Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
"Baku TV"nin direktoru: Dini savadlılıq bu gün üçün olduqca aktualdır
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib
Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb