Bank Of Baku

Pekin Azərbaycanla Çin modernləşməsinin yaratdığı imkanları bölüşməyə hazırdır

Çinin Azərbaycandakı səfiri Lu Mey

© APA | Çinin Azərbaycandakı səfiri Lu Mey

# 13 mart 2026 10:23 (UTC +04:00)

Çin və Azərbaycan inkişaf yolunda tərəfdaşdır.

APA xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.

“Çinlə Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdır. Hər iki tərəf Qlobal Cənubun mühüm üzvləridir”, - səfir qeyd edib.

Çinin Azərbaycanın milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçməsini dəstəklədiyini bildirən Lu Mey vurğulayıb ki, Pekin Azərbaycanla Çin modernləşməsinin yaratdığı imkanları bölüşməyə hazırdır.

“Pekin Azərbaycanla Çin modernləşməsinin, süni intellektin yaratdığı imkanları bölüşməyə, qarşılıqlı fayda və birgə inkişaf üçün yeni gələcək qurmağa hazırdır”, – diplomat əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR