Azərbaycandakı Polşa səfirliyinin Konsulluq Şöbəsi iyunun 7-dən etibarən e-konsulat sisteminin qeydiyyatına əsasən viza müraciətlərini cümə günləri də qəbul edəcək.
APA-nın xəbərinə görə, bu barədə Polşa səfirliyinin rəsmi “Facebook” səhifəsində qeyd edilib.
Məlumata görə, buna səbəb Polşaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarının sayının artmasıdır.
Bildirilir ki, iyunun 7-dən etibarən Konsulluq Şöbəsi məsləhət saatlarını keçirməyəcək.