Prezident İlham Əliyev İsveç Kralı XVI Karl Qustavı bu ölkənin milli bayramı müünasibəti ilə təbrik edib.
APA-nın xəbərinə görə, təbrikdə deyilir:
“Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah diləyirəm”.