Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq keyfiyyətcə yeni məzmun qazanıb.
APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə bildirib.
“Son illərdə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq keyfiyyətcə yeni məzmun qazanıb. Dövlət sərhədləri ilə bağlı prinsipial və tarixi razılaşmalar əldə olunub Regional əməkdaşlığın möhkəmlənməsinin diqqətçəkən nəticələrindən biri də dövlətlərimizin beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstək göstərməsidir. Qırğız Respublikasının 2027–2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə namizədliyini dəstəklədiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm. Daşkənddə Mərkəzi Asiya dövlət başçıları tərəfindən Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərə ünvanlanan müraciətin qəbul edilməsi regional həmrəyliyin parlaq nümunəsi və ölkəmizə göstərilən mühüm dəstək oldu.
Qırğız Respublikası bu mühüm beynəlxalq platformadakı fəaliyyəti dövründə regionun ümumi maraqlarını irəli sürəcək”, - deyə Qırğızıstan Prezidenti qeyd edib.