Qəzzadan İrana qədər uzanan region üçün daha dinc və sabit bir gələcək qurmaq səylərinə göstərdiyi dəstəyə və konstruktiv iştirakına görə Azərbaycana təşəkkür etmək istəyirəm: bura Hörmüz boğazı böhranı zamanı enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş kimi öhdəsinə götürdüyü rol da daxildir.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, Birləşmiş Krallıq boğazın yenidən açılması üçün tərəfdaşları ilə birlikdə çalışmağa davam edir və atəşkəsin davam etməsini və sülh danışıqlarının uğurla başa çatmasını arzulayır, bundan başqa danışıqlarda irəliləyişin olmasına dair xəbərləri məmnunluqda qarşılayır.