Bank Of Baku

Sərhədlərin delimitasiyası üzrə xüsusi ekspertlər müəyyənləşdirilib

Sərhədlərin delimitasiyası üzrə xüsusi ekspertlər müəyyənləşdirilib
# 05 iyun 2019 11:51 (UTC +04:00)

David Qareci məbədi ətrafındakı ərazilərin delimitasiya və demarkasiyası üzrə xüsusi ekspertlərin tərkibi artıq müəyyənləşib. 

APA-nın Gürcüstan bürosu “Interpress News”sa istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

O qeyd edib ki, artıq məbəd ətrafında vəziyyətin yerində qiymətləndirilməsi üçün təyin edilən xüsusi ekspertlər müəyyənləşib.

“Komissiyanın tərkibi müxtəlifdir. Burada Sərhəd xidmətlərinin, Müdafiə və Xarici İşlər nazirliklərinin nümayəndələri, kartoqraflar təmsil olunurlar. Ekspertlər hər iki tərəfə uyğun vaxtda əraziyə səfər edəcəklər. Səfər barədə məlumat veriləcək”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR