Bank Of Baku

Səudiyyə Ərəbistanının 20 tonluq xurma payı Sosial Xidmətlər Agentliyinə təhvil verilib

Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli

© APA | Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli

# 18 mart 2026 15:29 (UTC +04:00)

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub.

APA xəbər verir ki, görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan bayramı münasibətilə ölkəmizə göndərilən, həssas əhali qruplarına aid şəxslərə bayram sovqatı kimi nəzərdə tutulan 20 tonluq xurma payının təhvil verilməsi məqsədi daşıyıb.

Göndərilən sovqat Bakı şəhərində həssas əhali qruplarından olan 7 min şəxsə paylanılır. Paylanılma prosesi başa çatmaq üzrədir.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlər və sosial müdafiə tədbirləri barədə məlumat verib.

Səfir qeyd edib ki, xurma payının bir hissəsi isə Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunub.

Onun sözlərinə görə, əsas məqsəd xurma payını xüsusilə ehtiyacı olan insanlara çatdırmaqdır: “Bu təşəbbüs Səudiyyə Ərəbistanı tərəfindən digər müsəlman ölkələrində də həyata keçirilir və Krallığın qardaş ölkələrə ünvanladığı həmrəylik mesajı kimi qiymətləndirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR