Bank Of Baku

Tbilisidə ATƏT PA-nın konfransı keçirilir

Tbilisidə ATƏT PA-nın konfransı keçirilir
# 06 iyun 2019 10:40 (UTC +04:00)

Tbilisidə ATƏT PA-nın dəstəyi ilə “Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı konfrans keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, konfransda Azərbaycandan  Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Asim Mollazadə və Sevinc Fətəliyeva iştirak edirlər.

Konfransın “Parlament nəzarətində plenar və komitə iclaslarının rolu” mövzusunda keçiriləcək I sessiyasının moderatoru  ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevdir.

Konfransda “Təhlükəsizlik sektoruna nəzarət və maliyyə nəzarəti”, “Parlament nəzarəti və müxalifətin rolu”, “Parlamentin xarici fəaliyyəti və nəzarətin həyata keçirilməsində ictimaiyyətin rolu”, “Parlament nəzarəti prosesində insan hüquqlarının təminatı” mövzularında məruzələr, müzakirələr baş tutacaq.

Qeyd edək ki, konfransın təşkilatçıları ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Gürcüstan parlamenti və Milli Demokratiya İnstitutudur. Tədbir iyunun 7-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR