Bakı. Türbət Bağırova - APA. “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycanla Sülh Naminə Tərəfdaşlıq Proqramı ilə başlayan uzunmüddətli əməkdaşlığımız var”.
APA-nın xəbərinə görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycan Diplomatik Akademiyasındakı mühazirə zamanı deyib. “Azərbaycan NATO-ya sülhməramlı əməliyyatlarda yardım edir. Minalardan təmizlənmə ilə bağlı proqramınız fəaliyyət göstərir. Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsində NATO tərəf deyil və ittifaq Minsk Qrupu çərçivəsində münaqişənin həllini dəstəkləyir”, - deyə o, söyləyib.
C. Appaturay NATO-nun ərazi bütövlüyü, yoxsa xalqların öz müqəddəratını təyinetmə prinsipini üstün tutduğu barədə suala cavabında bildirib ki, NATO prinsiplər arasında fərq qoymur.