Bakı. Məlahət Nəcəfova-APA. Avropa İttifaqının Azərbaycanla əməkdaşlıq üzrə alt komitələrinin Bakıda iclasları keçiriləcək.
APA-nın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Onun sözlərinə görə, Azərbaycanın Aİ ilə əməkdaşlığı davam edir: "Sentyabra kimi 4 alt komitənin və əməkdaşlıq komitəsinin iclası olmalıdır. Ola bilsin ki xarici işlər nazirləri səviyyəsində olan Şuranın da iclası olsun. Artıq 3 alt komitənin görüşünün Bakıda keçiriləcəyi təsdiq olunub, birinə isə hələ baxılır”.