İstanbul. Mayis Əlizadə - APA. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət başçılarının Zirvə toplantısı çərçivəsində qonaqların rəsmi qarşılanma mərasimi keçirilir.
APA-nın Zirvə toplantısını işıqlandıran Türkiyə müxbiri xəbər verir ki, dövlət başçılarını prezident Rəcəb Tayyib Ərdoğan qarşılayır.
Rəsmi qarşılanma mərasiminin 1 saat 30 dəqiqə sürəcəyi gözlənilir.
Sonra Sammit işinə başlyacaq.
Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.