Nuşirəvan Məhərrəmli “Cıdır TV” kanalının açılması təklifinə münasibət bildirib

Nuşirəvan Məhərrəmli “Cıdır TV” kanalının açılması təklifinə münasibət bildirib
# 12 fevral 2013 07:25 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda “Cıdır TV” adlı yeni telekanalın açılması barədə təkliflər hazırlanmasına münasibət bildirib.

Şura sədri APA-ya açıqlamasında hələlik Şuraya belə bir təklifin daxil olmadığını deyib: “Azərbaycanda “İdman -Azərbaycan” kanalı yeni açılıb. Əvvəlcə bu kanalın potensialından tam istifadə olunmalıdır, sonra yeni “Cıdır TV” məsələsinə baxa bilərik. “İdman-Azərbaycan” kanalında bu tipli yarışlara dair məsələlərə baxıla bilər. Cıdır yarışlarına ayrıca yer də ayırmaq olar. Ona görə də əlimizdə olan mövcud televiziya kanallarının imkanlarından lazımınca istifadə etmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR