Tovuzda çobanı maşın vurub

Tovuzda çobanı maşın vurub
# 01 aprel 2015 11:41 (UTC +04:00)

Tovuz. Azər Məmmədov – APA. Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 1-də Bakı-Qazax magistral yolunda qeydə alınıb. Ağcabədi rayon sakini, 1982-ci il təvəllüdlü Zaur Elman oğlu idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında qoyun otaran Tovuz rayon Qovlar şəhər sakini, 1977-ci il təvəllüdlü Bəhmən Əhməd oğlu Vəliyevi vurub. Yaralı dərhal Tovuz rayon Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Hadisənin hava şəraitinin dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR