Azərbaycan və Sinqapur prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü olub - FOTOSESSİYA

Azərbaycan və Sinqapur prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü olub - <span style="color: red;">FOTOSESSİYA
# 21 noyabr 2012 07:36 (UTC +04:00)

APA-nın “AzərTAc”a istinadən yaydığı məlumata görə, görüşdə xüsusi vurğulanıb ki, Azərbaycan prezidenti İlham Əliyevin bu səfəri iki dövlət arasındakı münasibətlərdə çox mühüm və tarixi bir hadisədir. Bu səfər Sinqapur ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafına güclü təkan verəcək.

Qeyd edilib ki, Sinqapur bu gün Cənub-Şərqi Asiya regionunun həyatında önəmli rola malikdir. Bu baxımdan Sinqapur Azərbaycanın Cənubi Qafqazdakı önəmli mövqeyini xatırladır. Diqqətə çatdırılıb ki, çox dinamik inkişaf edən iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı perspektivlər var.

Görüşdə qeyd olunub ki, dövlətlərimiz arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da, bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir.

Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR