Kaliforniyada 100 min litr neftin okeana düşməsinin qarşısı alınıb

Kaliforniyada 100 min litr neftin okeana düşməsinin qarşısı alınıb
# 24 iyun 2016 04:17 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatı ərazisində neft sızması baş verib, 110 min litr xam neftin (700 barel) Sakit okeana düşməsinin qarşısı alınıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident okean sahilindən bir neçə mil aralıda baş verib.

Yanğınsöndürənlərin səyi nəticəsində neftin okeana axmasının qarşısı alınıb. Sızma kanyondan 0,8 km aralıqda baş verib. Hazırda boru ilə neftin nəqli dayandırılıb, ərazi neftdən təmizlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR