Almaniya şirkətinin və nümayəndəsinin adı Azərbaycan XİN-in “qara siyahısı”ndan çıxarılıb

Almaniya şirkətinin və nümayəndəsinin adı Azərbaycan XİN-in “qara siyahısı”ndan çıxarılıb
# 16 oktyabr 2015 12:49 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Dubnak məktubunda M. Mqaloblişvilinin sözügedən ərazilərə Azərbaycanın müvafiq qurumları tərəfindən icazə alınmadan səfər etdiyinə görə üzrxahlıq edib.

O həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə toxunaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edib və Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktını pisləyib.

S. Dubnak təmsil etdiyi şirkətin qanunsuz fəaliyyətə cəlb edilməsinə və şirkət nümayəndəsinin qanunsuz səfərinə dair peşmançılıq ifadə edərək, şirkət tərəfindən həmin ərazilərdə bütün fəaliyyətin artıq dayandırıldığını bildirib və gələcəkdə bu kimi qanun pozuntusuna heç bir halda yol verilməyəcəyinə dair öhdəlik götürüb.

Əlavə olaraq, M. Mqaloblişvili tərəfindən də Azərbaycan tərəfinin tələblərinə uyğun rəsmi məktub ünvanlanıb.

“Karl Storz” şirkəti və M.Mqaloblişvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib, şirkət və nümayəndəsinin adlarının müvafiq siyahılardan çıxarılması barəsində qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR