Azərbaycanda bank kassa dövriyyəsi 27% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 27% artıb
# 14 fevral 2012 07:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ildə 24,988 mlrd. manat, məxaric hissəsi isə 26,702 mlrd. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2010-cu ilə nisbətən 26,2%, məxaric hissəsi isə 26,7% artıb.

Beləliklə, ilin yekununda bank kassa dövriyyəsində 1,714 mlrd. manat həcmində mənfi saldo yaranıb və dövr ərzində 1,865 mlrd. manat həcmində pul emissiyası həyata keçirilib. Bu, 2010-cu ilin göstəricisindən 45,7% çoxdur.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Belə ki, bu mənbədən bank kassalarına 15,052 mlrd. manat və ya ümumi mədaxilin 60,2%-i daxil olub. Digər iri mənbələrin sırasında 5,683 mlrd. manat həcmində və ya xüsusi çəkisi 22,7% olan hüquqi şəxslərdən daxilolmaları, 2,250 mlrd. manat həcmində və ya xüsusi çəkisi 9,0% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 8,773 mlrd. manat və ya 32,9%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 9,402 mlrd. manat və ya 35,2%, bankomatlara pul qoyuluşunun payına 7,697 mlrd. manat və ya 28,8%, düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR