Əli Əkbər Vilayəti: “İsrail İrana hücum etməyə cəsarət edə bilməz”
14 iyun 2012 09:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İsrail İranın hərbi təcrübələrindən xəbərdar olduğu üçün nüvə obyektlərimizə hücum etməyə cəsarət edə bilməz”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib. O bildirib ki, İsrail və ya başqa hansısa bir ölkə İrana hücum edəcək mövqedə deyil: “Çünki İran bölgədə güclü və böyük bir ölkədir. Əgər hansısa ölkə bizə qarşı belə bir addım atmağa cəhd göstərsə, İran ibrət olacaq bir dərs verər”.
Ə. Vilayəti iyunun 18-19-da İranla “altılıq” ölkələri arasında Moskvada keçiriləcək nüvə müzakirələrinə də toxunub: “Tehran sülh məqsədli nüvə enerjisindən istifadə haqqını müdafiə edəcək. Ancaq bununla belə, biz bu müzakirələrin nəticəsi məsələsində də optimistik”.

Asiya
Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqlayıb
12:29
18 may 2024
İsrail Ordusu "İslami Cihad" qruplaşmasının rəhbərlərindən birini sıradan çıxarıb
11:29
18 may 2024
KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb
08:47
18 may 2024
Əfqanıstanda atışma nəticəsində üç ispan vətəndaşı ölüb
08:35
18 may 2024