Gəncədə “Nizami-870” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Gəncədə “Nizami-870” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
# 06 iyul 2012 11:15 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Sentyabrın 27-də Gəncə şəhərində AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin (GREM) təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi münasibəti ilə “Nizami 870 “ adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda iştirak etmək istəyən tədqiqatçı və alimlər Nizami yaradıcılığı, şəxsiyyəti və dövrü ilə bağlı tezislərini göndərməlidirlər.
Tezislər Azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər.

Qeyd edək ki, konfransın materialları kitabça şəklində nəşr olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR