AYİB: Azərbaycanda kiçik və orta müəssisələrin kifayət qədər ixrac potensialı var

AYİB: Azərbaycanda kiçik və orta müəssisələrin kifayət qədər ixrac potensialı var
# 07 oktyabr 2015 11:58 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən (AYİB) təşkil olunan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ixracın təşviqi konsaltinqinə həsr olunmuş üç günlük seminar işinə başlayıb.

AYİB-in Bakı ofisindən "APA-Economics"ə verilən məlumata görə, oktyabr ayını 9-dək davam edəcək seminara Azərbaycandan olan 15 konsaltinq şirkəti cəlb olunub.

Təlimin keçirilməsində məqsəd Azərbaycanlı konsultantlar tərəfindən həyata keçirilən xidmətlərin yerli kiçik və orta müəssisələrin təminat bazarlarının genişləndirilməsi və ixrac yönümlü müəssisələrin xidmətlərini müştərinin ehtiyaclarına uyğunlaşdırılmasından ibarətdir. Təlimə AYİB ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərən beynəlxalq səviyyəli təlimçi rəhbərlik edəcəkdir.

“İxracyönümlü konsaltinq Azərbaycanda nisbətən yeni konsaltinq sahəsidir. Biz inanırıq ki, Azərbaycanda kiçik və orta müəssisələrin kifayət qədər ixrac potensialı vardır və özəl sektorun ixrac potensialının təbliği çiçəklənən kiçik və orta müəssisələr sektorunun və daha da çoxşaxəli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcəkdir", - deyə Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə AYİB Regional Proqramının Kiçik Biznesə Dəstək Rəhbəri Ceff Ferri bildirib.

İxracın təşviqi üzrə tədris proqramı yerli konsultantlar üçün nəzərdə tutulub. Bu fəaliyyətin məqsədi müştərilərin fərdi xidmətlər ilə təmin edilməsi vasitəsilə yerli kiçik və orta müəssisələrin ixrac potensialının inkişaf etdirilməsinə yardımçı olmaqla yanaşı, özəl sektorun ixrac potensialının təmin edilməsindən ibarətdir. İxrac yönümlü müəssisələrə dəstək Azərbaycanda AYİB-ın prioritetlərinə uyğundur və o, bazar iqtisadiyyatının şaxələndirilməsinin təşviqinə istiqamətləndirilib.

Seminar kiçik və orta müəssisələrin ixrac uğurlarına təsir göstərən strateji və maddi-texniki amillərin daha dərindən qavranılmasını təkmilləşdirməklə, yerli konsultantlara əsas ixracın təşviqi səriştələrini aşılayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR