Kolleclərə qəbul olmaq istəyən 11-ci sinfi bu il bitirmiş abituriyentlərə ərizə təqdim etmək üçün imkan yaradılıb

Kolleclərə qəbul olmaq istəyən 11-ci sinfi bu il bitirmiş abituriyentlərə ərizə təqdim etmək üçün imkan yaradılıb
# 21 iyul 2015 14:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tam (11-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin may ayında müəyyən olunmuş vaxt ərzində sənəd təqdim etməyən 11-ci sinfi 2015-ci ildə bitirən abituriyentlər üçün iyulun 21-dən avqustun 19-dək ərizə təqdim etmək üçün imkan yaradılıb.

Məlumatda bildirilir ki, I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən cari ilin 11-ci sinif məzunları həmçinin kolleclərə də ərizə təqdim etmək hüququna malikdirlər. Bu zaman onlar ikinci ödəmə kartı almadan I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə təqdim etmək üçün əldə etdikləri ödəmə kartı ilə qeydiyyatdan keçə bilərlər.

Elektron ərizə təqdim etmək üçün bu https://eservices.tqdk.gov.az/erizebak/Qrup5_OI/?frm=egov linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, orta məktəbi bu il (2015-ci ildə) bitirən abituriyentlər 11-illik bazada kolleclərin müsabiqəsində buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Müsabiqədə ümumi balı 16-dan, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal tələbi qoyulmur) abituriyentlər iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR