Bakı-APA. Misirdə 2013-cü ilin dekabrından bu vaxtadək H1N1 virusundan (donuz qripi) 44 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Misir Səhiyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində ölkədə azı 342 yoluxma hadisəsi qeydə alınıb.
Ən çox xəstə Qahirənin şimalındakı Şarkiyyə və Dakahliyyə rayonlarında qeydə alınıb. Yoluxma halları İsgəndəriyyə və digər əyalətlərdə də qeydə alınıb.
Hakimiyyət qurumları əhalini təlaşa düşməməyə çağırıb və mövsümi qripə qarşı profilaktik tədbirlər görməyə çağırıb.