Bank Of Baku

Misirdə toqquşmalar nəticəsində 4 nəfər ölüb

Misirdə toqquşmalar nəticəsində 4 nəfər ölüb
# 17 yanvar 2014 15:49 (UTC +04:00)

Bakı – APA. Misirdə islamçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində ən azı 4 nəfər ölüb.

 

APA – nın xəbərinə görə, bu barədə “Əl-Cəzirə” telekanalı yerli tibb müəssisələrinə istinadən məlumat yayıb.

 

Toqquşmalar zamanı onlarla adamın yaralandığı bildirilir.

 

Qeyd edək ki, yanvarın 14-15-də Misirdə yeni konstitusiya layihəsi ilə bağlı referendum keçirilib. Din amilinin ölkə həyatına təsirini minimuma endirən dəyişikliklərə seçicilərin 97,9% səs verib.

 

“Müsəlman qardaşları” və devrilmiş prezident Məhəmməd Mursini dəstəkləyən islamçılar referendumu boykot edib.

 

Səsvermənin rəsmi nəticələrinin sabah açıqlanacağı gözlənilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR